Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 14:04
İngiltərə Premyer Liqasında yaşlı insanların oyunlara gəlməsi qadağan oluna bilər.
Qol.az "Mirror"a istinadən xəbər verir ki, buna səbəb koronavirusun yayılma təhlüksidir. Virusa yoluxanların əskəriyyəti yaşlı insanlar olduğu üçün 70 yaşından çox olan şəxslərin matçlara buraxılmaması nəzərdən keçirilir.
Bu qərar qəbul olunarsa, "Kristal Pelas"ın 73 yaşlı baş məşqçisi Roy Hodjson da qarşılaşmalardan kənarda qalacaq.
Qeyd edək ki, bundan əvvəl Premyer Liqada oyunlardan əvvəl əl ilə görüşmə də qadağan edilmişdi.