Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 14:55
"Həyatımın özünü asta-asta sənət əsərinə çevirirəm. Yenidən bütövləşib özümü tapıram".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri "Yuğ" teatrının aktrisası, Əməkdar artist Gülzar Qurbanova sosial media hesabında yazıb.
O, fotolarını paylaşaraq fikirlərinə belə davam edib:
"Səmimi olmaq qabiliyyətinə daha əminliklə yiyələnirəm. Sadəcə olaraq, mənə verilmiş ömrü yaşamağa çalışıram. Məncə, əsl həyat yalnız dərinə baş vuranda, mübarizədən çəkilib qalanların nəzərindən itəndən sonra başlayır. Məcburiyyətə "yox" deyirəm, onu tanımıram.
Xülasə, bundan sonra etdiklərimin hamısı ancaq bir məqsədə - həzz almağa xidmət edəcək, yetişdirdiyim meyvələr ağacdakı kimi özləri dəyib yerə töküləcək".
Qeyd edək ki, 20-dən çox filmə çəkilən G.Qurbanova "Ölsəm, bağışla!" adlı ekran işi ilə məşhurlaşıb.