Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İŞİD Əfqanıstanda türklərə hücum etdi: ölənlər var

İŞİD Əfqanıstanda türklərə hücum etdi: ölənlər var

Tarix: 7 Mart 2020 15:50

İŞİD Kabildə həzaralar xalqının lideri Əbdül Əli Məzarinin qəbrini ziyarət edən adamlara hücum edib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, hücum nəticəsində 32 nəfər həlak olub, 58 nəfər yaralanıb. Ölənlər arasında 5 qadının olduğu bildirilib. Hücumun baş verdiyi ərazidə həmçinin Əfqanıstan hökumətinin səlahiyyətli şəxslərinin də olduğu vurğulanıb.

Qeyd edək ki, həzaralar Əfqanıstan əhalisinin 9%-ni təşkil edən türk-monqol əsilli xalqdır. Sayları 5,828 milyon nəfərə qədərdir. Dinləri islamdır (şiə məzhəbliidirlər). Öz dillərini unutduqları üçün dari dilində danışırlar.

Əbdül Əli Məzari SSRİ-nin Əfqanıstanı işğal etdiyi dövrlərdə məşhurlaşıb. 1990-cı ildə Hezbe i Vəhdət Partiyası yaradıb və İranla sıx əməkdaşlıq edib. 1995-də Taliban tərəfindən qətlə yetirilib.


Etiketlər:  İŞİD Əfqanıstanda türklərə hücum etdi ölənlər


RƏYLƏR