Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus vaksini - uzun sınaqlar dövrü

Koronavirus vaksini - uzun sınaqlar dövrü

Tarix: 7 Mart 2020 19:18

Koronavirusa qarşı ilk mümkün vaksin insan üzərində sınaqdan keçirilməyə hazırlanır.

Moderna adlı biotexnologiya şirkəti çinli alimlərin yeni virusun ardıcılığını müəyyən etməsindən yalnız altı həftə sonra vaksini sınaqdan keçirilməsi üçün Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutuna göndərib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, bu, hər hansı vaksinin inkişaf etdirilməsində rekord bir sürətdir. Bir neçə başqa şirkət də vaksinlərini kliniki sınaqlardan keçirir.

Ancaq vaksinin təhlükəsizliyinin və effekstivliyinin test edilməsi 12-18 ay və ya daha çox vaxt apara bilər. Testlərdən keçəcək şirkət bir başqa çətinliklə üzləşəcək. Bu da gözlənilən qlobal pandemiyada tələbatı qarşılamaq üçün kifayət qədər vaksin istehsal etmək olacaq.

Sınaqdan keçirilməmiş texnologiya

Moderna vaksini üçün daha öncə insanlar üzərində sınaqdan keçirilməyən yeni texnologiyadan istifadə edir.

İndiyədək hər bir vaksinlərdə patogenin hissələri mövcud olur. Onlar xəstənin immun sisteminə həmin patogeni müəyyən etməyə hazır olması üçün xəbərdarlıq edir.

Modernanın ən son vaksinində bakteriyanın hissələrinin genetik məlumatları var. Xəstənin bədəni bu məlumatları immun sistemə xəbərdarıq edən patogenin hissələrinə çevirir.

Bu cür genetik vaksinlər ənənəvi vaksinlərdən daha tez hazırlanır. Alimlərin bunun üçün yalnız patogenin genetik koduna ehtiyacları var ki, bu da koronavirus aşkar olunandan bir neçə həftə sonra artıq məlum idi.

Moderna bu yolla vaksini rekord sürətdə kliniki sınaqlardan keçirə bilər.

10 ildir Massaçusetsdə fəaliyyət göstərən biotexnologiya şirkəti isə daha öncə heç vaxt bazara vaksin təqdim etməyib. Əgər şirkətin vaksinin təhlükəsiz və effektiv olduğu təsdiq olunsa, vaksinə qlobal tələbat yüz milyonlarla hətta milyarldala dozalarda olacaq.

İki başqa kiçik biotexnologiya şirkətləri ABŞ-ın Inovio və Almaniyanın CureVac şirkətləri də genə əsaslanan vaksinlər üzərində işləyir.

Riskli iş

Eksperltər deyir ki, genişmiqyaslı istehsal təcrübəsi olan şirkətlər üçün fövqəladə vaksin istehsal etmək biznes üçün riskdir.

"Şirkətlər hazırda nəyin üstündə işləyirlərsə, onu dayandırmalıdırlar. Biz bazarın nə qədər böyük olacağını bilmirik. Biz bu epidemiyanın SARS epidemiyasında olduğu kimi vaksin hazır olduğu zaman bitib-bitməyəcəyini də bilmirik. Biz bu vaksinləri kimin alacağını bilmirik," Cons Hopkins Səhiyyə Təhlükəsizliyi Mərkəzindən alim Adalya deyir.

Öncəki epidemiyalarda hökümətlər və ictmai-özəl əməkdaşlıqlar vaksinləri alıblar, amma hər vəziyyət fərqlidir və hər zaman yaxşı bitmir.

Bir neçə şirkət 2013-2016-cı illərdə Qərbi Afrikada Ebola virusuna qarşı vaksin inkişaf etdirərkən böyük maddi ziyanları olmuşdu.

Onların çoxu Ebola vaksinini hazırlamağa çalışarkən çox pul itirdi.

ABŞ-ın Merck adlı dərman şirkəti ABŞ hökümətinin 175 milyon dollarlıq yardımı ilə istehsal olundu. Səhiyyə rəsmiləri ondan Konqo Demokratik Respublikasında hazırkı epidemiyanın qarşısını almaq üçün istifadə edir.

Bu arada isə vaksin istehsalçısı Sanofi Zika üçün vaksini istehsal etməyi dayandırıb.

Fransa şirkəti 2017-ci ildə ABŞ ordusunun istehsal etdiyi Zika vaksinini klinki sınaqda keçirmək və effekti və təhlükəsiz olduğu təsdiqləndiyi halda istehsal etmək üçün danışıqlar aparırdı.

Sanofi bunun üçün eksklüziv lisensiya tələb edirdi. Lakin ABŞ senator Berni Sanders daxil olmaqlda bir çox tənqidçi bunun Sanofiyə monopoliya gücü verdiyini iddia etdi.

Nəticədə Sanofi ilə ordu razılıq əldə edə bilmədi və bu səbəblə də vaksin istehsal olunmadı.

Əlverişlilik

Koronavirus vaksinin əlverişliyi barədə də harahatlıq mövcuddur.

Əgər hətta şirkətlər və ABŞ höküməti qiymət üzərində razılıq əldə etsə belə, növbəti narahtlıq doğuran məsələ vaksinin digər ölkələrə nə zaman çatdıralacağı olacaq.

Milli.Az


Etiketlər:  Koronavirus vaksini uzun sınaqlar dövrü


RƏYLƏR