Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 09:56
Meksika hakimiyyəti tərəfindən Quanhuato ştatında "Santa Rosa de Lima" böyük cinayətkar dəstənin rəhbərlərindən biri saxlanılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ştatın baş prokurorluğu bildirib.
Məlumata əsasən, "Santa Rosa de Lima" cinayətkar dəstəsinə daxil olan "El Miklo" ləqəbli Armando N. birgə əməliyyat zamanı saxlanılıb.
Baş Prokurorluğun verdiyi məlumata görə, saxlanılan şəxs çoxsaylı hücum və qətllərin əsas təşkilatçısıdır.
Əməliyyat zamanı təşkilatın daha 3 nəfəri də saxlanılıb.