Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi üçüncü yerə yüksəldi

Messi üçüncü yerə yüksəldi

Tarix: 8 Mart 2020 12:32

İspaniya La Liqasının XXVII tur matçında "Barselona” "Real Sosyedad"ı qəbul edib.

"Kamp Nou"da baş tutmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə topu 81-ci dəqiqədə Lionel Messi penaltidən vurub. Bu, argentinalı hücumçunun La Liqa karyerasında 55-ci qolu olub. Argentinalı hücumçu bu göstəricidə turnir tarixində üçüncü yeri tutur.

Penaltidən vurulan qolların sayında ikinci yerdə 1981 - 1992-ci illərdə “Atletiko” və “Real Madrid”də, 1993/1994 mövsümündə isə “Real Sosedad”da oynamış Uqo Sançes qərarlaşıb. O, 56 penaltini qola çevirib.

La Liqada bu göstərici üzrə lider Kriştianu Ronaldudur. O, 61 penaltini dəqiq yerinə yetirib.

 


Etiketlər:  Messi üçüncü yerə yüksəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ