Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 13:30
İngiltərə polisi Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun 2000-ci ildə Kembricdə itkin düşən qızı Şəmslə bağlı yenidən araşdırma aparacaq.
Sonxeber.net Teleqraf.com-a istinadla xəbər verir ki, ailə işləri üzrə məhkəmədəki sübut və dəlillər istintaqdan fərqli olduğuna görə son qərar yenidən nəzərdən keçiriləcək.
Polis London Ali Məhkəməsinin Məhəmməd bin Rəşidi şahzadə Hayanın təqiblərinə görə məsuliyyətə cəlb etməkdə, eləcə də vaxtilə zorla vətənlərinə qayıdan iki qızını 3 dəfə qaçırmaq cəhdində təqsirləndirdiyi üçün hərəkətə keçib.
Qeyd edək ki, 2000-ci ilin yayında ailədən qaçan Rəşidin başqa bir evliliyindən olan qızı Şəms Kembricdən çıxarılaraq Fransa vasitəsilə Dubaya çatdırılıb. Digər bir varis, şahzadə Lətifə Omana və Hindistanın beynəlxalq sularına qaçarkən iki dəfə oğurlanıb.