Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 20:28
Türkiyə heç vaxt Suriya torpaqlarını işğal etmək fikrində olmayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyənin yeganə məqsədi - 3,6 milyon suriyalı qaçqının öz evinə qayıtması üçün təhlükəsiz şərait yaratmaqdır.
T.Ərdoğan qeyd edib ki, Ankara üçün ölkə sərhədlərinin və İdlibin əhalisinin təhlükəsizliyini təmin edən istənilən həll yolu məqbuldur.
Bundan əlavə, Türkiyə Prezidenti bildirib ki, martın 9-u Belçikada Türkiyə və Yunanıstan sərhədindəki qaçqınlarla əlaqədar Avropa İttifaqının nümayəndələri ilə görüş keçirəcək.
T.Ərdoğan Türkiyə nümayəndə heyətinin Belçikada aparacağı danışıqlarda effektiv nəticələr əldə edərək qayıdacağına ümid etdiyini vurğulayıb.