Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğurlanan İnstaqram hesabını necə bərpa etmək olar?

Oğurlanan İnstaqram hesabını necə bərpa etmək olar?

Tarix: 8 Mart 2020 20:36

"İnstaqram hesabıma daxil ola bilmirəm", "Hesabım oğurlanıb", "İnstaqram hesabım açılmır" kimi şikayətləri tez-tez eşidirik. Amma İnstaqramda hesabı güvəndə olmayan, oğurlanan istifadəçilər üçün də xüsusi həll yolları mümkündür.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, İnstaqram hesabına daxil olmaq mümkündür, sadəcə "hesabınız oğurlandı" mesajı gəlir, adınızdan başqalarına ismarıc göndərilirsə, etməli olduğunuz  ilk şey şifrəni dəyişdirməkdir.

Oğurlanan İnstaqram hesabını bərpa etmək üçün daha bir uyğun həll yolu isə telefonda İnstaqrama daxil olub, "daxil olmaq üçün yardım al" əmrini seçmək lazımdır. Daxil olan zaman problemlər yaşansa, "Daha çox yardıma ehtiyacın var?" hissəsinə giriş etmək olar. Açılan səhifəyə İnstaqramda qeydiyyatdan keçərkən istifadə etdiyiniz email adresinizi daxil etməlisiniz. Daha sonra hesabınıza uyğun olan seçimləri işarələyib "hesabım başqasının əlinə keçdi" düyməsini sıxmaq lazımdır.  

Sonuncu proses isə "istək göndər" bölümünə daxil olaraq İnstaqram hesabını bərpa etməklə bağlı ismarıc yollamaqdır. Amma bu zaman cavab 1 həftə sonra da gələ bilir.

Deyilən prosesləri həyata keçirmək üçün bu LİNKƏ daxil olmaq da kifayətdir.


Etiketlər:  Oğurlanan İnstaqram hesabını necə bərpa etmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ