Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Böyük Britaniya Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək

Böyük Britaniya Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək

Tarix: 9 Mart 2020 04:32

Böyük Britaniya 2020-ci ilin sonunda Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Britaniyanın Nəqliyyat katibi Qrant Şaps məlumat verib. O deyib ki, Brexit keçid dövrü başa çatdıqdan sonra ölkəsi Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək. Beləliklə, Böyük Britaniyanın Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinə təyyarələrin uçuşa yararlılığını təsdiqləyən üzvlüyü 2020-ci il dekabrın 31-də başa çatacaq.

Nəqliyyat Departamentindən verilən açıqlamada bildirilib ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinə üzv olmaq iqtisadi və siyasi müstəqilliyə sahib olan Britaniyaya uyğun deyil.

Milli.Az


Etiketlər:  Böyük Britaniya Avropa Aviasiya Təhlükəsizliyi Agentliyini tərk edəcək


RƏYLƏR