Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 07:22
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov "Finiks Rayzinq" komandasının heyətində ABŞ-ın USL müntəzəm çempionatındakı debüt matçında het-trik edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 29 yaşlı hücumçu "Portlend Timbers"lə ilk tur qarşılaşmasında komandasının qollarından yarısının müəllifi olub. Meydana start heyətdə çıxan Dadaşov 13-cü, 24-cü, 65-ci dəqiqələrdə fərqlənib. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş isə "Finiks Rayzinq"in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Rüfət Dadaşov "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib.