Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi” daxili ventilyatora malik tavan lampası təqdim edib

“Xiaomi” daxili ventilyatora malik tavan lampası təqdim edib

Tarix: 10 Mart 2020 07:52

Çinin "Xiaomi" elektronika istehsalçısına məxsus "Youpin" pul toplama platformasında yeni qeyri-adi cihaz yerləşdirilib. "Huizuo Intelligent Fan Light" - bu, ventilyatora malik və "ağıllı" ev ekosisteminə uyğun uzaqdan idarəetmə funksiyasına malik tavan işıq diodu lampasıdır.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkətin məlumatına görə, ventilyatorun maksimal sürəti dəqiqədə 1300 dövrə təşkil edir. Qurğunun özəlliyi mürəkkəb montaj tələb etməyən düşünülmüş konstruksiyadır.

Yeniliyin tənzimlənməsində 50 vattlıq lampa və 28 vattlıq ventilyator üçün təxminən 100 müxtəlif iş rejimi nəzərdə tutulub. "Huizuo Intelligent Fan Light" qurğusunda işığın temperaturunu 3000-6500 Kelvin dərəcəyədək tənzimləmək imkanı var.


Etiketlər:  Xiaomi daxili ventilyatora malik tavan lampası təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ