Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 16:10
"Barselona"nın futbolçusu Lionel Messi hazırda həbsdə olan sabiq komanda yoldaşı Ronaldinyoya kömək etməyə qərar verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Braziliya millisinin sabiq üzvü və qardaşının həbsdən çıxarılması üçün vəkil tutub. Messinin Ronaldinyonun azadlığa buraxılmasına görə 4 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.
Qeyd edək ki, Messinin "Barselona"dakı ilk rəsmi qolunun ötürməsinin məhz Ronaldinyo verib.
Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvayda saxta pasport təqdim edərkən saxlanılıblar. Məhkəmə saxta sənədlərin düzəldilməsində ittiham olunan sabiq futbolçu barədə 6 aylıq həbs qərarı verib.