Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 21:48
Smartfon ekranında ortaya çıxan push bildiriş, göndərildiyi tətbiqin funksiyasından asılı olaraq həm faydalı həm də reklam xarakterli ola bilər. Bir neçə müddət bundan öncə Apple şirkəti məhz reklam xarakterli push bildirişlərə xüsusi diqqət ayırdı. Belə ki, uzun müddət olmuş qadağadan sonra Apple şirkəti bu cür reklam xarakterli push bildirişlərin göndərilməsinə icazə verdi. Həmin bildirişlər həmçinin bloklanmış ekranda da ortaya çıxacaqlar. Bu barədə The Verge saytı xəbər verib. Tərtibatçılar üçün olan yenilənmiş təlimatda qeyd edilib ki, bundan sonra iOS üçün olan tətbiqlər istifadəçilər reklam, reklam aksiyaları və birbaşa marketinqi əhatə edən push bildirişlər göndərə biləcəklər.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, yalnız bu o halda baş verəcək ki, istifadəçi bu cür bildirişlərin əldə edilməsinə razılıq versin və tətbiqlərin ayarlarında bu funksiyanın deaktiv edilməsi imkanı yaradılsın. Qeyd etmək lazımdır ki, indiyənə kimi Apple şirkəti istənilən üsul ilə bu cür halların rellaşdırılmasını qadağan edirdi. Məlumata əsasən şirkətin qadağanı aradan qaldırmasının əsas səbəbi istifadəçilərin rahatlıqları olub. Belə ki, endirimləri və digər aksiyaları əhatə edən reklam bildirişləri istifadəçilərə maraqlı ola bilər.
Məsələn hansısa online mağazanın tətbiqini yükləmiş istifadəçi tez bir zamanda izlədiyi məhsulun qiymətinin endirilib-endirilməməsindən xəbərdar ola biləcək. Buna baxmayaraq reklam xarakterli bildirişlərin göndərilməsi üçün nəzərdə tutulmuş lisenziyanı heç də bütün tərtibatçılar əldə etməyəcəklər. Şirkət əsasən də tanışlıq servislərinin bu məsələdə ciddi nəzarət altında olacaqlarına söz verib. App Store-un yenilənmiş siyasəti həmçinin tətbiqlərə Sign in with Apple funksiyasının inteqrasiyasını da təmin edir. Sözügedən funksiyanı tərtibatçılar 30 aprel tarixinə kimi öz tətbiqlərinə inteqrasiya etməlidirlər.