Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda məktəblərdə tətil koronavirusa görə uzadıldı

Gürcüstanda məktəblərdə tətil koronavirusa görə uzadıldı

Tarix: 11 Mart 2020 20:00

Gürcüstanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bütün təhsil müəssisələrində tətil aprelin 1-nə qədər uzadılıb.

Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, belə qərar Baş nazirin başçılığı altında idarələrarası koordinasiya şurasının iclasında qəbul edilib. Bundan öncə isə təhsil müəssisələrində dərslərin martın 16-da bərpa olunacağı barədə qərar verilmişdi.

Qeyd edək ki, bu gün Gürcüstan Futbol Federasiyasının (GFF) rəhbərliyi də ölkə çempionatının bütün mərhələlərini aprelin 1-ə qədər dayandırmaq barədə qərar qəbul edib.

Son məlumata görə, Gürcüstanda 23 koronavirusa yoluxma faktı təsdiqini tapıb, 298 nəfər karantində, daha 46 nəfər isə stasionar tibb müəssisələrində həkim nəzarəti altındadır.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 3 mini keçib.


Etiketlər:  Gürcüstanda məktəblərdə tətil koronavirusa görə uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ