Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı polisi daha bir narkotaciri 5 kq narkotiklə yaxaladı

Bakı polisi daha bir narkotaciri 5 kq narkotiklə yaxaladı

Tarix: 12 Mart 2020 17:39

Bakı. Samir Əli - Trend:

Bakıda narkotika alverçisi külli miqdarda narkotiklə yaxalanıb.

Trend-in məlumatına görə, bununla bağlı Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşları əməliyyat keçirib. Əməliyyat qrupunun daxil olan məlumat əsasında Lökbatan qəsəbəsi ərazisində keçirdiyi əməliyyat nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində əqsirləndirilərək məhkum olunan 1972-ci il təvəllüdlü N.Nəcəfov saxlanılıb.

Saxlanılan zaman onun üzərindən 50,447 qram tiryək, 12,287 qram merafetamen, çəkisi 1,92 qram olan 48 ədəd metodon həbi aşkar edilib. N. Nəcəfovun idarə etdiyi "Nissan" markalı minik avtomobilinə baxış keçirərkən isə avtomobilin yük yerindən 5 kiloqramdan artıq narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Etiketlər:  Bakı polisi daha narkotaciri narkotiklə yaxaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ