Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Alfa Romeo iki GTA modelini təqdim edib - FOTO

Alfa Romeo iki GTA modelini təqdim edib - FOTO

Tarix: 12 Mart 2020 22:32

Alfa Romeo markasının 110 illik yubileyinin bayram edilməsi çərçivəsində, italyan istehsalçısı keçmişə müraciət edərək, ən vacib modellərindən birinə yenidən baxmaq qərarına gəlib. Bu model keçən əsrin altmışıncı illərində buraxılmış Giulia GTA və yaxud sadəcə GTA adı ilə tanınan kupe olub.

Təəssüflər olsun ki, yeni GTA kupe deyil - onun əsasını Alfa Romeo Giulia sedanının "bərkgedən" Quadrifoglio modifikasiyası təşkil edib. Yeni Giulia GTA iki versiyada təklif edilir - GTA və GTAm.  Hər iki Versiya adi yollar üçün nəzərdə tutulsa da, GTAm modifikasiyasını rahatlıqla trekdə istifadə etmək olar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, hər iki model aqressiv aerodinamik kuzov dəstinə malik olub. GTA modelini iri hava girişləri olan ön bamperi, karbondan genişləndiriciləri olan arxa təkər tağları, diffuzorun mərkəzində yerləşmiş çıxış boruları və kiçik arxa spoyler sayəsində tanımaq olar. Alfa Romeo Giulia GTAm isə iri arxa antiqanadla təchiz edilir.

Bundan başqa, GTA modelləri titandan hazırlanmış Akrapoviç buraxılış sisteminə, karbondan diffuzora, 50 mm genişləndirilmiş təkər izinə, 20-düymlük üksklyuziv təkər disklərinə və yenidən tənzimlənmiş asqıya sahib olub.

Avtomobillərin salonu dəri və alkantara ilə örtülüb və altınöqtəli təhlükəsizlik kəmərləri ilə təchiz ediliblər. Trek üçün nəzərdə tutulmuş GTAm versiyası ikiyerli salona malikdir.

Hər iki model Ferrari şirkəti tərəfindən hazırlanmış 2,9-litrlik V6 turbomühərriki ilə təchiz edilir. Mühərrikin gücü 510 at qüvvəsindən 540 at qüvvəsinə qədər artırılsa da, onun fırlanma anı dəyişməz qalıb - 600 Nm. Sedanın 100 km/saat həddinə sürətlənmə zamanı isə 3,9-dan 3,6 saniyəyə enib.

Alfa Romeo şirkəti GTA modellərinin 500 nüsxəlik tirajla buraxmağı planlaşdırır. Avtomobillərin alıcılarına fərdi yanaşılacaq və onlar Alfa Romeo Friving Academy kurslarında iştirak etmək şansına malik olacaqdırlar. Bundan başqa, avtomobil sahiblərinə yarış kombinezonu və dəbilqə hədiyyə olunacaqdır.

Milli.Az


Etiketlər:  Alfa Romeo iki GTA modelini təqdim edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ