Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 23:48
Feysbuk şirkəti istifadəçilərin fərdi məlumatlarını zəif qorunmasına görə, 300 milyon dollar cərimə oluna bilər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Avstraliyanın İnformasiyanın Qorunması Komissiyası planetin ən nəhəng sosial şəbəkəsi Feysbuka qarşı iddia qaldırıb.
İddiaya görə Mark Zükerberqin şirkəti istifadəçilərin fərdi informasiyalarını olduqca zəif şəkildə qoruyur: "Feysbukun Avstraliyadan olan istifadəçilərinin fərdi məlumatları qəsdi şəkildə This is Your Digital Life ötürülüb. Bu ölkənin məxfi və fərdi məlumatların qorunması haqqında milli qanunu pozur. 311 127 avstraliyalı istifadəçinin fərdi məlumatları izlənilib. Bu izləmədən əldə edilən məlumatlar siyasi reklam məqsədləri üçün də istifadə olundu".
Əldə olunan məlumata əsasən, Feysbuk hər bir istifadəçinin satılmış məlumatına görə 1,1 milyon dollar cərimə oluna bilər.