Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 09:18
Koronavirusa yoluxmuş Ermənistan vətəndaşlarının sayı altı nəfərə çatıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan deyib.
Bundan əvvəl ölkə Səhiyyə Nazirliyi bildirmişdi ki, Ermənistanda 4 koronavirus hadisəsi təsdiqlənib.
Koronavirus infeksiyasının ilk halı martın 1-də, daha üçü - 11 martda aşkarlanıb:
"Bizdə daha iki koronavirus hadisəsini təsdiq etdik. Bu əvvəllər yoluxmuş qadının əri və əmisi oğludur. Üçü də Eçmiadzin sakinləridir".
Onun sözlərinə görə, hər ikisi həkimlərin nəzarəti altında olub və təcrid olunbular: "Həkimlər virusu karantin şəraitində aşkarladılar".