Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkəyə qanunsuz kosmetik məhsullar gətirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Ölkəyə qanunsuz kosmetik məhsullar gətirilməsi cəhdinin qarşısı alınıb (FOTO)

Tarix: 13 Mart 2020 14:15

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin əməkdaşları gömrük nəzarətindən gizlədilmiş kosmetik məhsullar aşkar ediblər.

Trend-in Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Fusion" markalı avtomobil saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa oturacaqlarının alt hissəsində, yük yerinin sol tərəfindəki boşluqda vəsalonun nəfəslik hissəsində gömrük nəzarətindən gizlədilən 708 ədəd müxtəlif adda kosmetik məhsullar aşkar edilib.

Ölkəyə qanunsuz kosmetik məhsullar gətirilməsi cəhdinin qarşısı alınıb (FOTO) - Gallery Image Ölkəyə qanunsuz kosmetik məhsullar gətirilməsi cəhdinin qarşısı alınıb (FOTO) - Gallery Image


Etiketlər:  Ölkəyə qanunsuz kosmetik məhsullar gətirilməsi cəhdinin qarşısı alınıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ