Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 18:35
"Bunu üzümə deməyə cəsarətləri olmayıb. Amma məni bəyənməyən Xalq artistləri olub. Adlarını çəkməyəcəm".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri stilist Anar Ağakişiyev qonaq olduğu "7 Canlı" verilişində deyib. O, müğənnilərin stilistləri qısqanmasından bəhs edib:
"Bəzən müğənni camiyəsi biz stilistlərə qısqanclıqla yanaşırlar. O qədər istedadlı stilistlər var ki... O qədər uğurlu iş ediblər ki, müğənnilər çalışıb onu vursun".
Anar dəbdən də danışıb. O, 2020-ci ildə nələrin dəbdə olacağı ilə bağlı xanımlara məsləhət verib:
"Əvvəl mat dodaq boyası dəbdə idi. İndi bir az təravətli, təzə makiyaj dəb olacaq. Bu il qalın, hətta çatma qaşlar dəbə düşəcək. Xanımlara deyirəm ki, qaşlarını nazik etməsinlər".