Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 01:44
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan COVİD-19 koronavirusuna yoluxma şübhəsi ilə əlaqədar testdən keçəcəklər.
Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, N.Paşinyan və xanımı testdən sabah səhər saatlarında keçəcəklər və testin cavabları axşam saatları üçün bəlli olacaq.
Bildirilir ki, baş nazir və xanımı ötən həftə A.Akopyanın Braziliya prezidentinin xanımı ilə görüşməsi səbəbindən testdən keçəcəklər.
Qeyd edək ki, Braziliya mətbuatı prezident Jair Bolsonarunun koronavirusa yoluxduğu barədə məlumatlar yayıb. Daha sonra prezidentin koronavirusa yoluxmadığı məlum olub.