Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uruqvayda da koronavirusa ilk yoluxma halları qeydə alınıb

Uruqvayda da koronavirusa ilk yoluxma halları qeydə alınıb

Tarix: 14 Mart 2020 07:56

Bakı. Trend:

Uruqvayda COVİD-19 koronavirusuna ilk yoluxma halları qeydə alınıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Twitter" səhinfəsində deyilir.

Məlumatda bildirilir: "İlk dörd koronavirusa yoluxma halı təsdiqlənib. Yoluxan şəxslər 3-6 mart tarixlərində Milandan gəliblər. Xəstələrin vəziyyəti stabildir və onlar öz evlərində qalırlar".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i COVİD-19 koronavirusunu pandemiya elan edib. Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub. Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.


Etiketlər:  Uruqvayda koronavirusa yoluxma halları qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ