Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Superliqasının XXVI turuna start verilib

Türkiyə Superliqasının XXVI turuna start verilib

Tarix: 14 Mart 2020 08:44

Martın 13-də Türkiyə Superliqasının XXVI turuna "Kasımpaşa"-"Göztəpə" və "Ankaragücü"-"Rizəspor" matçları ilə start verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Rəcəb Tayib Ərdoğan" stadionunda keçirilən görüşdə "Kasımpaşa" "Göztəpə"nin qapısından iki cavabsız qol keçirib. Paytaxt klubu "Ankaragücü" isə Rizə təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.

Bu oyundan başqa, turda "Dənizlispor" - "Gənclərbirliyi", "Alanyaspor" - "Qaziantep", "Konyaspor" - "Fənərbağça", "Kayserispor"-"Yeni Malatyaspor", "Trabzonspor"-"Başakşəhər", "Qalatasaray"-"Beşiktaş" və "Antalyaspor"-"Sivasspor" matçları keçiriləcək.

Bu qələbə ilə "Trabzonspor" xallarının sayını 52-yə çatdıraraq liderliyə yüksəlib. Onunla eyni xala malik "Başakşəhər" ikincidir. "Qalatasaray" və "Sivasspor" klubları isə 49 xalla üç və dördüncü pillələrdə qərarlaşıblar. Sonrakı yerlərdə "Beşiktaş" (40 xal), "Alanyaspor" (39 xal), "Fənərbağça" (39 xal) və digər komandalar gəlir.

Milli.Az


Etiketlər:  Türkiyə Superliqasının XXVI turuna start verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ