Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naxçıvanın arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiq edildi

Naxçıvanın arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiq edildi

Tarix: 14 Mart 2020 15:12

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 14-də "Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi bu Sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icrası ilə bağlı ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin".


Etiketlər:  Naxçıvanın arxiv işinin inkişafına dair Dövlət Proqramı təsdiq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ