Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 17:12
Bakı. Trend:
Küveytdə koronavirusa qarşı tədbirlər çərçivəsində namaz qaydalarında bəzi dəyişikliklər edilib.
Trend-in məlumatına görə, namaza çağırış olan azanın mətni dəyişilib.
Belə ki, azanda istifadə olunan "hayya alas-salah" (namaza gəli) ifadəsi, "al-salatu fi buyutikum" (namazı evinizdə qılın) ifadəsi ilə əvəz olunub.
Küveyt Vəqflər və İslam nazirliyi bunun islamda insanların həyatının hər şeydən önəmli olması zərurətindən irəli gəldiyini deyib.