Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Narkotik satan Bakı sakini saxlanılıb

Narkotik satan Bakı sakini saxlanılıb

Tarix: 14 Mart 2020 18:10

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbii nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 123 qramdan artıq tiryək, 75 qrama yaxın həşiş, 14 qrama yaxın heroin, 18 qrama yaxın metamfetamin, həmçinin metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 206, 234 və 240-cı maddələri ilə axtarışda olması da müəyyən edilib.

Milli.Az


Etiketlər:  Narkotik satan Bakı sakini saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ