Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan vətəndaşlarının Türkiyədən qayıtması üçün çarter reyslər ayrılacaq (YENİLƏNİB)

Azərbaycan vətəndaşlarının Türkiyədən qayıtması üçün çarter reyslər ayrılacaq (YENİLƏNİB)

Tarix: 15 Mart 2020 02:48

Bakı. Trend:

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərlə bağlı çarter reyslər ayrılacaq.

Trend-in məlumatına görə, 15 mart tarixində Türkiyədən Azərbaycana iki reys həyata keçiriləcək.

TK332 ISTGYD - 08:55

TK334 ISTGYD - 16:00

ХХХ

01:28

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə Respublikası və Azərbaycan Respublikası vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırıldığından Azərbaycana qayıtmaq istəyən şəxslərin geri qaytarılması mexanizmi ilə bağlı 15 mart 2020-ci il tarixdə əlavə məlumat veriləcəkdir.

Bu barədə Trend-ə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəxslərin Azərbaycana qayıtması üçün çarter reyslər ayrılacaq. Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaq.


Etiketlər:  Azərbaycan vətəndaşlarının Türkiyədən qayıtması üçün çarter reyslər ayrılacaq YENİLƏNİB


RƏYLƏR