Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 10:09
Bakı. Trend:
Dövlət Gömrük Komitəsinin sədri "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Trend-in məlumatına görə mayın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Səfər Mehdiyev Gürcüstanla dövlət sərhədində yerləşən "Mazımçay" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə Komitə sədrinə məlumat verilib.
S.Mehdiyev dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin