Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

A Seriyası ilə bağlı yeni açıqlama

A Seriyası ilə bağlı yeni açıqlama

Tarix: 16 Mart 2020 14:04

“Aprel ayında çempionatların keçirilməsi mümkünsüzdür. Əgər hər şey yolunda getsə, may və ya iyun ayında davam edə bilərik”.

Qol.az xəbər verir ki, bu sözləri İtaliya Futbolçular Birliyinin prezidenti Damiano Tommasi deyib. O, belə bir addımı yalnız futbolçular üçün deyil, bütün Avropa üçün atdıqlarını bildirib:

“Məsələ futbol olanda düşünürlər ki, biz sadəcə oyunçuların təhlükəsizliyini fikirləşirik. Amma bir komandanın arxasında dünya var. İlk yoluxma halı Seria C-də “Pianese” komandasında aşkarlanıb və hazıra həmin şəxs reanimasiyadadır. “Yuventus” 100-dən çox insanı karantinə alıb. Bu insanlar İtaliyada və Avropada hər yerə gedirlər, həddindən artıq çox insanla təmasda olurlar. Bu, sadəcə İtaliyanın yox,  Avropanın da problemidir. Yəni UEFA  da Avropa Birliyi kimi hərəkət etməlidir”.

Qeyd edək ki, daha əvvəl A Seriyasının yarımçıq dayandırıması variantı da müzakirə olunurdu.


 

 


Etiketlər:  Seriyası ilə bağlı yeni açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ