Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqanın ən yaxşısı seçildi - İlk ayında

Premyer Liqanın ən yaxşısı seçildi -  İlk ayında

Tarix: 16 Mart 2020 16:24

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu məlum olub.

Qol.az xəbər verir ki, bu ada “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş layiq görülüb. Portuqaliyalı oyunçu Markos Alonso (“Çelsi”), Pier-Emerik Obameyanq (“Arsenal”), Dominik Kalvert-Lyuin (“Everton”), Met Doerti (“Vulverhempton”) və Nik Papanı (“Bernli”) qabaqlayıb.

Qeyd edək ki, Bruno Fernandeş bu mükafatını "qırmızı şeytanlar"da ilk ayındaca qazanıb. Fevralda "Sportinq"dən "Mançester Yunayted"ə keçən futbolçu son ayda 3 matça çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib. O, yeni klubunda da fevral ayının ən yaxşısı seçilmişdi.

 


Etiketlər:  Premyer Liqanın yaxşısı seçildi İlk ayında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ