Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 20:58
2020-ci ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 133 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 71 ölkəyə məhsul ixrac edilib, 124 ölkədən isə idxal olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2372,3 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 1651,4 milyon dollarını və ya 69,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 720,9 milyon dollarını (30,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 930,5 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2019-cu ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 5,5 faiz, real ifadədə 18,1 faiz, o cümlədən idxal 45,0 faiz azalıb. İxracda isə 0,5 faiz artım müşahidə olunub.