Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

20 avroluq elektromobilin təqdimatı oldu

20 avroluq elektromobilin təqdimatı oldu

Tarix: 17 Mart 2020 07:32

Fransanın "Citroën" avtomobil şirkəti "Ami" modelinin kütləvi buraxılışını anons edib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, maşını ayda 20 avroluq lizinqlə əldə etmək mümkündür.

Məlumata görə, elektromobilin tam qiyməti 6 000 avrodur. Ancaq bununla belə, lizinqin rəsmiləşdirilməsi zamanı 2 644 avro ilkin ödəniş etmək lazımdır.

Maraqlıdır ki, "Ami"ni yalnız onlayn almaq mümkün olacaq. Elektromobil digər sifariş edilmiş məhsullar kimi qapıyadək çatdırılacaq.

"Ami"nin bir başqa xüsusiyyəti isə onun "yüngül kvadrosikl" olaraq qeydiyyata alınmasıdır. Bu o deməkdir ki, Fransada "Citroën"in bu modelini 14 yaşdan başlayaraq sürmək olar.

"Ami"nin batareyası ilə birgə 485 kq çəkisi var. Uzunluğu 2,4 metr, eni 1,4 metr, hündürlüyü isə 1,5 metrdir. "Citroën" saatda 45 km-dək sürət yığa bilir. Elektromobil tam batareyası ilə 70 km məsafə gedə bilər. "Ami" adi taxıc yuvasından 3 saata enerji toplaya bilər.

Fransada bu modelin sifarişi martın 30-dan başlayacaq. İki ay sonra "Ami"ni İspaniya, İtaliya, Belçika, Portuqaliya və Almaniya sakinləri də əldə edə biləcək.


Etiketlər:  avroluq elektromobilin təqdimatı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ