Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 19:22
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
Sonxeber.net xəbər verir ki, "Börnli"nin çalışdırıcısı Şon Dayç bu mükafata layiq görülüb. 48 yaşlı mütəxəssis bu mükafat uğrunda mübarizədə Mikel Arteta ("Arsenal"), Ole-Qunnar Sulşayer ("Mançester Yunayted") və Kris Uelderi ("Şeffild Yunayted") qabaqlayıb.
İngilis mütəxəssis 2-ci dəfə bu mükafatı qazanıb.
"Börnli" ötən ay keçirdiyi 5 oyunun 2-də qalib gəlib, 3-də heç-heçə edib.