Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 17:10
Müğənni Samirə Əfəndi Niderlandda keçirilməsi planlaşdırılan "Eurovision - 2020" mahnı müsabiqəsinin postkart çəkilişlərinə qatılmayacaq.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb təşkilat komitəsinin koronavirusla bağlı Avropada tətbiq olunan karantin vəziyyəti nəzərə alaraq çəkilişləri ləğv etməsidir.
Müsabiqə rəhbərliyinin qərarına əsasən, tanıtım çarxları Amsterdam və digər şəhərlərdə lentə alınmayacaq, hər bir ölkənin iştirakçısı videoroliki yaşadığı ərazidə çəkdirəcək.
Qeyd edək ki, qərardan əvvəl 41 ölkə təmsilçisi Niderlanda getməli və çarxları orada hazırlamalı idi.