Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rayonlardan gələn 500-ə yaxın avtomobil geri qaytarıldı-RƏSMİ

Rayonlardan gələn 500-ə yaxın avtomobil geri qaytarıldı-RƏSMİ

Tarix: 19 Mart 2020 11:04

Bakı. Samir Əli - Trend:

Bu gün gecə saat 00:00-dan etibarən rayondan Bakıya gəlmək istəyən 500-ə yaxın avtomobil postlardan geri qaytarılıb. Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev bildirib. Onun sözlərinə görə, əsasən sıxlıq Cənub istiqamətindən girişdə yaranıb: "Dünən gecədən etibarən Qaradağ postunda 400-dən çox avtomobil geri qaytarılıb . Bundan başqa, Şimal istiqamətində 40 avtomobil saxlanılaraq onların Bakı, Sumqayıt və Abşeron istiqamətlərinə girişi dayandırılıb, 100 avtomobil isə başqa rayonlara getdiyi üçün istiqamətləndirilib. Şamaxı istiqamətindən də təxminən 50 avtomobil postda saxlanılıb və geri qaytarılıb. Hazırda qərarın icrası davam etdirilir".


Etiketlər:  Rayonlardan gələn yaxın avtomobil geri qaytarıldı RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ