Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 20:12
Bakı. Trend:
Fransanın paytaxtı Parisdə Luvr muzeyinin işçiləri tətil elan ediblər.
Trend-in məlumatına görə, tətilə səbəb turist axınının intensiv olmasıdır. Bu səbəbdən muzeyin işçiləri və təhlükəsizlik xidməti işə çıxmayıb.
Həmkarlar İttifaqı son on ildə muzeyi ziyarət edənlərin sayının 20 faiz artdığını, lakin işçilərin sayının əvvəlki kimi qaldığını bəyan edib.
Xatırladaq ki, ötən il muzeyi 10 milyondan artıq insan ziyarət edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin