Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əgər qulağınız qızarıbsa ehtiyatlı olun! - Xəstəlikdən xəbər verir

Əgər qulağınız qızarıbsa ehtiyatlı olun! - Xəstəlikdən xəbər verir

Tarix: 20 Mart 2020 15:45

İnsanın sirli orqanlarından olan və 200-ə qədər şəfa nöqtəsini özündə birləşdirən qulaqların vasitəsilə xüsusi müalicə üsulları var.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, insanın qulağı onu bütün yaradılışdan fərqləndirən barmaq izi funksiyasını yerinə yetirmək gücündədir. Bəzi insanların qulaqlarındakı qırışıqlar onların keçirdikləri xəstəlikdən xəbər verir.

Əgər qulaqlarınızın rəngi solğundursa, qulaq dərisi ölgündürsə, bu, insanda bir çox vitaminlərin çatışmazlığından xəbər verir. Qulaqlar get-gedə qırmızıya çalırsa, bu, böyrək xəstəliyinə işarədir.
Qulağın məməsi və üst hissəsi həddindən çox nəzərə çarpan, tünd qırmızı haldadırsa, bu, orqanizmdə bir çox xəstəliklərin varlığı deməkdir.

Qulaqlar tünd qırmızı rəngdə olması daha çox beyindəki bəzi problemlərdən insanları xəbərdar edir. Qulaqları get-gedə qırmızaya çalan insanda yaddaş zəifliyi, baş dönməsi və bəzi psixoloji çatışmazlıqlar yaşanır.

Qulaqda daxili orqanlarla əlaqəli 200-ə qədər nöqtə var ki, onlara nüfuz etməklə(toxunmaq, masaj və s.) bir çox xəstəliklərin qarşısını almaq mümkündür. Qədim Çində nöqtə müalicəsindən çox istifadə edilib.
Qulaqdakı ən azı 9 nöqtəni gün ərzində mütəmadi sıxmaqla sağlamlığı qorumaq mümkündür.

Qulağın ən hündür hissəsini gün ərzində mütəmadi sıxmaqla bel, əzələ və sümük ağrılarına, həmçinin, kürək və çiyinlərdə yaranan problemlərə müsbət təsir göstərə bilərik.

Üst hissədən azacıq aşağı olan hissələri gün ərzində masaj edib, sıxmaqla (bunun paltar "şpilkası" ilə edilməsi daha məqsədəuyğundur) daxili orqanlar, burun, boğaz, ürək-damar və beyin xəstəliklərinə də nüfuz etmək mümkündür.


Etiketlər:  Əgər qulağınız qızarıbsa ehtiyatlı olun Xəstəlikdən xəbər verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ