Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naqif Həmzəyev: Taclı virusla mübarizədə öhdəmizə düşən vəzifələri yerinə yetirək

Naqif Həmzəyev: Taclı virusla mübarizədə öhdəmizə düşən vəzifələri yerinə yetirək

Tarix: 21 Mart 2020 17:57

Müasir dünyanın başı üzərini almış böyük və ciddi təhlükənin qarşısını almaq məqsədi ilə Azərbaycanda ilin əvvəlindən görülən operativ tədbirlərin nəticəsidir ki, ölkəmiz virusla mübarizədə bir çox ölkələrə nümunə göstərilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, vətəndaşlar Prezident İlham Əliyevin koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınmasında hər kəsin şəxsi iştirakının təmin edilməsi barədə çağırışına ciddi əməl etməli, dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hamı bir nəfər kmi dəstək olmalıdır.

Millət vəkili təəssüf hissi ilə onu da bildirib ki, bir çox vətəndaşlar, sahibkarlar dünyanı cənginə alan koronavirusla bağlı ölkəmizdə görülən önləyici tədbirlərə əməl etmirlər. İctimai iaşə yerlərində, kafe-restoranlarda, küçələrdə vətəndaşların kütləvi toplaşdığının şahidi oluruq. Hətta təhsil müəssisələrinin bağlanmasdından istifadə edən valideynlər uşaqları ilə asudə vaxtlarını evlərində deyil, bayırda keçirməyə üstünlük verirlər.

Xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilən prosesdə əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin iştirakı, həmrəylik nümayiş etdirməsi xüsusi ilə vacibdir. Dövlət qurumlarının, müvafiq təşkilatların gördükləri profilaktik tədbirlərə riayət etməli, daha soyuqqanlı olmalı və öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik.

"Unutmayaq ki, hələ də bir çox ölkə vaxtında bu virusun qarşısının alınması istiqamətində görülən tədbirlərə əməl edilməməsindən əziyyət çəkir Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə də hər kəs məsuliyyətini dərk etməli, koronavirusa qarşı mübarizədə birlikdə mübarizə aparmağı bacarmalıdır"-deyə millət vəkili qeyd edib.

Milli.Az


Etiketlər:  Naqif Həmzəyev Taclı virusla mübarizədə öhdəmizə düşən vəzifələri yerinə yetirək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ