Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüksək səslə musqiyə qulaq asan ağsaqqal həbsxanaya düşdü

Yüksək səslə musqiyə qulaq asan ağsaqqal həbsxanaya düşdü

Tarix: 21 Mart 2020 21:56

İngiltərənin Liverpool şəhərindən olan təqaüdçü klassik musiqini çox yüksək səslə dinlədiyinə görə həbsxanaya düşüb. Bu barədə "Happymag" portalı məlumat verib.

82 yaşlı Yan Corc Treyner uzun illər "Classic FM" radiosunu tam səslə dinləyib. Səs-küy qonşusu Tomas Maykl Tompsonu narahat edib və o polisə şikayət ərizəsi yazıb.

Məhkəmədə təqaüdçü bildirib ki, soyuqdəymə ilə bağlı qəbul etdiyi dərmanlara görə qulaqcıqla musiqiyə qulaq asdıqda qulaqlarında qıcıqlanma yaranır, bu səbəbdən evdəki dinamiklərlə qulaq asmağa qərar verib. "Musiqini mənə zövq verəcək səslə dinləyirəm", pensioner əlavə edib.

Hakim ağsaqqalı 6 ay həbs və 722 funt sterlinq (1600 AZN) cərimə cəzasına məhkum edib. Və ona 65 desibeldən yüksək həcmdə musiqiyə qulaq asmaq qadağan olunub.


Etiketlər:  Yüksək səslə musqiyə qulaq asan ağsaqqal həbsxanaya düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ