Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Tarix: 22 Mart 2020 14:15

Afrika İttifaqı Komissiyasının etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu təşkilata ölkəmiz tərəfindən 20 min ABŞ dolları məbləğində yardım göstərilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən yardım ölkəmizin Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev tərəfindən təşkilatın Sosial Məsələlər üzrə Komissarı xanım Amira Elfadilə təqdim olunub.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə göstərilmiş bu yardım son dövrlər Afrikanın bir çox ölkələrində, xüsusilə Konqo Demokratik Respublikasında Ebola epidemiyasının törətdiyi sosial-iqtisadi fəsadların aradan qaldırılmasına köməklik məqsədilə ayrılıb.

Milli.Az


Etiketlər:  Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ