Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' üç futbolçusu ilə müqaviləni uzadır

''Yuventus'' üç futbolçusu ilə müqaviləni uzadır

Tarix: 22 Mart 2020 17:04

"Yuventus" yayda müqaviləsi başa çatacaq üç futbolçusu ilə sözləşməni yeniləməyə hazırlaşır.

Qol.az "Corriere di Torino"ya istinadən xəbər verir ki, bunlar qapıçı Canluici Buffon, müdafiəçi Corcio Kyellini və yarımmüdafiəçi Blez Matyuididir. Hər üç oyunçunun müqaviləsinin daha bir il uzadılacağı gözlənilir.

Kapitan Kyellini bu mövsüm zədə sbəbəbindən cəmi 3 oyunda meydana çıxıb və 1 qol vurub.

42 yaşlı Buffon 11 qarşılaşmada 9 top buraxıb və 3 dəfə qapısını toxunulmaz saxlayıb.

32 yaşlı Matüidi isə 24 görüşdə 2 məhsuldar ötürmə verib. Bu yaxınlarda ona koronavirus diaqnozu qoyulub.

 


Etiketlər:  Yuventus üç futbolçusu ilə müqaviləni uzadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ