Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 15:24
İtaliyada koronavirus pandemiyası inkişaf etməkdədir.
Qol.az xəbərinə görə, ölkədə hesab edirlər ki, virusun yayılmasında futbol matçı böyük rol oynayıb. “Cadena SER” radiosu bildirib ki, fevralın 19-da keçirilmiş Çempionlar Liqasının 1/8 finalının “Alatanta” - “Valensiya” görüşü virusun yayılmasının qaynağıdır.
Bu oyun dolu tribunalar önündə keçib. İtaliyada düşünürlər ki, məhz bundan sonra Lombardiya bölgəsində koronavirus geniş yayılmağa başlayıb.
İndiyədək ölkədə 60 min nəfərin koronavirusa yoluxduğu və bu xəstəlik səbəbində 5 min nəfərin dünyasını dəyişdiyi bildirilir. Demək olar ki, xəstələrin yarısı Lombardiyada qeydə alınıb.