Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 19:50
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin koronavirus (COVID-19) infeksiyasına Azərbaycanda yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışa öz korporativ sosyal məsuliyyətini yerinə yetirərmək məqsədi ilə "Arash Medical Company" qoşulub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, "Arash Medical Company" cənab Prezidentin imzaladığı 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait ayırıb.
Bununla da müəssisə koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərə öz töhfəsini verib.