Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 16:10
Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.000.000 (bir milyon) manat vəsait köçürüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, nazirliyin rəhbər vəzifəli əməkdaşlarının aylıq təminat xərcliyinin 50 faizini, şəxsi heyət üçün nəzərdə tutulmuş mükafat və yardım hesabında toplanan vəsaitin bir hissəsini təşkil edən bu məbləğ Azərbaycan Respublikası Prezidentinin müvafiq təşəbbüsünə dəstək olaraq ölkədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ianə edilib.