Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2020 21:10
Xaçmazda 1 həftə əvvəl özünü asan kişinin meyiti bu gün tapılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Nərəcan kənd sakini - 1978-ci təvəllüdlü Ağahüseynov Ehmal Məclun oğlu özünü yaşadığı evdə asıb. O, evdə tək yaşadığı üçün hadisədən heç kimin məlumatı olmayıb. Qonşuları qoxu hiss edərək polisə xəbər verib. Hadisə yerinə baxış keçirən polis onun ipdən asılmış cəsədini aşkarlayıb.
Qeyd edək ki, Ehmal Ağahüseynov ailəsindən ayrılıb. Onun spirtli içki aludəçisi olduğu bildirilir. İntihar etdiyi mənzildə də xeyli sayda içki şüşələri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.