Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyada sutka ərzində koronavirusdan 683 nəfər ölüb

İtaliyada sutka ərzində koronavirusdan 683 nəfər ölüb

Tarix: 25 Mart 2020 23:52

Bakı. Trend:

İtaliyada sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 683 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi deyib.

Rəsmi nümayəndə bildirib: "Bu gün biz 683 xəstənin ölümünü qeydə almışıq. Ölənlərin ümumi sayı 7503 nəfər təşkil edir. (Hazırda - red.) koronavirus xəstələrinin sayı 57521 nəfərdir. Son sutka ərzində 1036 xəstə sağalıb, ümumilikdə sağalanların sayı 9362 nəfərdir".


Etiketlər:  İtaliyada sutka ərzində koronavirusdan 683 nəfər ölüb


RƏYLƏR