Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 01:48
Bakı. Trend:
İspaniya hökumətinin sədrinin birinci müavini Karmen Kalvo yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Baş nazirin müavini Karmen Kalvonun koronavirus testi müsbət nəticə verib".
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyi İspaniyanın iki nazirində və baş nazirin həyat yoldaşında da aşkarlanıb.