Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi - FOTO

“Yuventus”un futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi - FOTO

Tarix: 26 Mart 2020 13:36

İtaliyanın "Yuventus" klubunun futbolçusu Miralem Pyaniç azərbaycanlı müğənni Nahidə Babaşlının ifa etdiyi mahnının oxunmasını istəyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, 29 yaşlı bosniyalı futbolçu türkiyəli müğənni Zeynep Bastıkın "Instagram"da açdığı canlı yayıma qoşulub.

Məşhur futbolçu son zamanlar türk dilində ən populyar mahnılardan olan "Benim Hikayem"in ("Mənim Hekayəm") nəqarətindəki "Bu hikayede yanan ben oldum" sözlərini yazıb və müğənnidən mahnını oxumağı xahiş edib.

Qeyd edək ki, qadınların hüquqlarının pozulmasından bəhs edən "Benim Hikayem"in sözləri və musiqisi Nahidə Babaşlıya aiddir. Ötən il noyabrın 15-də "YouTube"a yüklənən bu mahnının klipi 23,5 milyon istifadəçi tərəfindən izlənilib və Türkiyədə məşhurlaşıb.


Etiketlər:  Yuventusun futbolçusu azərbaycanlı müğənninin mahnısını oxumağı xahiş etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ