Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus''un eks-prezidenti Ronaldunu tənqid etdi

''Yuventus''un eks-prezidenti Ronaldunu tənqid etdi

Tarix: 26 Mart 2020 18:52

"Yuventus"un sabiq prezidenti Covanni Kobolli koronavirus pandemiyasına görə İtaliyanı tərk edən futbolçuları  tənqid edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, "Radio Punto Nuovo"nun efirində daha çox "Yuventus"un oyunçuları haqda sərt fikirlər səsləndirib:

"İndiki vaxtda tənqid etmək asandır. Ancaq oyunçuların İtaliyadan niyə ayrıldığını başa düşmürəm. Ümid edirəm ki, ən qısa müddətdə geri qayıdacaqlar. Onlara çalışmağa davam etmək çətin olacaq, çünki yenə də 14 gün karantində qalmalı olacaqlar".

C.Kobolli bildirib ki, Ronaldu Turin klubundan ayrılandan sonra işlər daha da çətinləşib: "Anasının yanına getdiyini söylədi və indi hovuzun yanında günəşləndiyini göstərən şəkillər paylaşır. Ronaldo üçün güzəşt edildi. Daha sonra İquain də anasının yanına getdi. Başqaları da klubdan ayrıldı və vəziyyət pisləşdi. Hamısı "İnter"in futbolçuları kimi "Yuventus"da qalmalı idi. Klubda nizam-intizamı qoruyan Canni Aqnelli, Umberto Aqnelli və Bonipertin rəhbərlik etdikləri dönəmlər üçün darıxıram. Uzun saçlı oyunçuların saçlarını necə kəsdiklərini xatırlayıram".


Etiketlər:  Yuventusun prezidenti Ronaldunu tənqid etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ